Qarabağ atlarından biri ilkin satış qiymətindən 10 % baha satılıb

Qarabağ atlarından biri ilkin satış qiymətindən 10 % baha satılıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə açıq hərrac yolu ilə satışa çıxarılmış 3 atdan 1-i ilkin qiymətindən 10% baha satılıb.

"Report" xəbər verir ki, söhbət 4 yaşlı Sahil atından gedir.

Onlara 5 min manat ilkin satış qiyməti müəyyən edilsə də, Tərtər rayonundan olan fermer Habil İbrahimov onu 5,5 min manat alıb.

O, şəxsi təsərrüfatında başqa atların da olduğunu deyib və Qarabağ atına da sahib olduğu üçün qürur duyduğunu bildirib: "Bu atı maraq üçün alıram, digər atlarla birlikdə saxlayacam. Qarabağ atına çox marağım var".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...