"AZAL bu vəsaiti nazirliyə qaytarmayacaq, yəni, "ölmüş pul"dur"

"AZAL bu vəsaiti nazirliyə qaytarmayacaq, yəni, "ölmüş pul"dur"
"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir".

Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli yazıb.

"AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub. Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir. AZAL bu vəsaiti nazirliyə qaytarmayacaq. Yəni, "ölmüş pul"dur, bu vəsaiti AZAL heç qaytarmayacaq da. Bir müddət sonra borclar silinəcək" – N.Cəfərli qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...