Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun əvvəlində keçiriləcək

Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun əvvəlində keçiriləcək
“Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəsinin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur”. “Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib.

O bildirib ki, pandemiya səbəbindən müəyyən dəyişiklik olan imtahanlar bu il paytaxtla yanaşı, regionlarda da təşkil olunacaq.

Direktorun sözlərinə görə, namizədlərə 60 sual təqdim olunacaq və qəbul edilən yeni qərara uyğun olaraq onlara 120 dəqiqə vaxt veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...