Azərbaycanda onlayn vergi sistemi çökdü - Son hesabat günü sayt işləmir

Azərbaycanda onlayn vergi sistemi çökdü -
Bu gün Azərbaycanda bütün vergi ödəyicilərinin rüblük vergi və sosial hesabatları üçün son gündür.
Bu barədə vergi ödəyicilərinə xəbərdarlıq mesajları belə gəlib.

İyulun 20-si gecə 00:00-a qədər hesabatı göndərməyənləri isə 40 manat cərimə gözləyir.
DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, məhz bu gün günorta saatlarından e-taxes.gov.az saytı donaraq açılmır, heç kim elektron kabinetinə keçid edib, hesabatını göndərə bilmir.
Məsələ ilə bağlı Vergilər Xidmətinin qaynar xəttindən problemdən xəbərdar olduqlarını bildirdilər: "Sistemdə problem olduğunu blirik, məsələ araşdırılır".
Axşama kimi cəhdləri təkrarlayın cavabından başqa məlumat verilmədi.
Qeyd edək ki, əgər gecəyə kimi sistem işləməsə sahibkarlar, vergi ödəyiciləri əsassız olaraq cərimə olunacaq.

Azərbaycanda onlayn vergi sistemi çökdü -
Azərbaycanda onlayn vergi sistemi çökdü -
Azərbaycanda onlayn vergi sistemi çökdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...