MN: Kəlbəcər və Laçında 62 km-dən çox yeni təminat yolları çəkilib - VİDEO VİDEO

MN: Kəlbəcər və Laçında 62 km-dən çox yeni təminat yolları çəkilib - VİDEO
Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.

Müdafiə Nazirliyindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.
Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...