Sahil Babayev rektorun qardaşını işdən çıxardı

Sahil Babayev rektorun qardaşını işdən çıxardı
Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.

Gundeminfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.

Maliyyə Nazirliyindən saytımıza xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib. O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Qeyd edək ki, Cavanşir Yusifov sözügedən vəzifədə 6 ildir çalışırdı. O, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.

Fotoda Cavanşir Yusifov
Sahil Babayev rektorun qardaşını işdən çıxardı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
85 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...