2 nazirin adından “deep fake”: MEDİA xəbərdarlıq etdi

2 nazirin adından “deep fake”:
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanıb, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında deyilir.

Agentlik qeyd edir ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir: Toyuqlu pizza

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
24 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...