“Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi

“Toplum TV” işi üzrə hökm oxundu - “Toplum TV” işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır.

Hökmə əsasən, Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və Əli Zeynalov 14 , Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Babayev 13 , Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...