TƏCİLİ! İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

TƏCİLİ! İran Ermənistana
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişindən sonra İran rəsmiləri diqqət mərkəzinə gəlib. İranın xarici işlər naziri Abbas Əraqçı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın telefon zənginə cavab olaraq bildirib ki, sülh sazişi çərçivəsində razılaşdırılan “dəhliz” İranın digər nəqliyyat marşrutlarına çıxışını məhdudlaşdırmamalıdır.

Musavat.com xəbər verir ki, Əraqçı ölkələrin suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin qorunmasının vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, bu prinsiplərin təmin olunması İran üçün prioritetdir.

Ermənistan XİN başçısı Ararat Mirzoyan isə söhbət zamanı iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı maraqlara əsaslanan dostluq münasibətlərinin qorunmasının önəmli olduğunu bildirib. Mirzoyan, Ermənistanın nəqliyyat marşrutları ilə bağlı qərarlarını qəbul edərkən regional sülh və sabitliyə, eləcə də İran və Ermənistanın maraq və narahatlıqlarına diqqət yetirəcəyini vurğulayıb. Dominos pizza

Qeyd edək ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ prezidenti Donald Trampın iştirakı ilə yeddi bəndlik sülh sazişini paraflayıb. Sazişdə “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi də əhatə olunub.

Bu addımlar Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün mühüm bir mərhələ sayılır, lakin qonşu ölkələrin narahatlıqları və regional balansın qorunması məsələləri hələ də gündəmdə qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...