Vərəm xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı

Vərəm xəstəliyi ilə mübarizədə yeni üsul tapıldıİrlandiyanın Sent-Ceyms xəstəxanasının alimləri müəyyən ediblər ki, COVID-19-un müalicəsi üçün istifadə olunan deksametazon preparatı, o cümlədən vərəm patogeni daxil olmaqla infeksiyalarla mübarizə üçün immun hüceyrələrini aktivləşdirə bilər.

Tədqiqatın nəticələri "Scientific Reports" (SciRep) jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində alimlər sağlam donorların qanından və xəstələrin ağciyər mayesindən alınan makrofaqları deksametazonla işləyiblər. Bundan sonra hüceyrələr vərəm mikobakteriyaları ilə yoluxdurulub.

Nəticələr göstərib ki, preparat iltihabi siqnal molekullarının səviyyəsini aşağı salır, eyni zamanda makrofaqların sağ qalmasına və bakteriyaları məhv etməsinə kömək edir.

Əldə edilmiş məlumatlar deksametazonun immun müdafiəsini itirmədən vərəm müalicəsində köməkçi vasitə kimi tətbiq olunması ideyasını dəstəkləyir.

Oxu.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...