HAMAS 7 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

HAMAS 7 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veribHAMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.

APA xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Bildirilib ki, HAMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.

Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.

İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700-dən çox fələstinli azad edəcək.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...