İlham Mirzəliyevin 35 milyon borcu var

İlham Mirzəliyevin 35 milyon borcu varHazırda Azəristiliktəchizat ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə əvvəlki illərdən qalan borcu təxminən 35 milyon manat təşkil edir.

Gundem.info.az xəbər verir ki, bunu Report-a müsahibəsində "Azəristiliktəchizat"ın sədri İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, 2025-ci ildə səhmdar cəmiyyətinin istifadə etdiyi təbii qazın dəyərinin 91%-i artıq ödənilib:

"Bu, qiymət artımından əvvəl, əvvəlki illərdə formalaşmış borcdur. Cari ildə isə yeni borcun yaranması gözlənilmir".

Sədr qeyd edib ki, artıq "Azəriqaz"la birgə borcların inventarizasiyası aparılıb və 35 milyon manat məbləğində borcun rəsmi şəkildə təsdiqlənməsi başa çatıb:

"Bu ilin sonuna qədər 33 milyon kubmetr təbii qaz istifadə etməyi və onun dəyərini tam şəkildə ödəməyi planlaşdırırıq".

İ. Mirzəliyev vurğulayıb ki, rəhbərlik etdiyi qurumun "Azəriqaz"a borc məsələsi son iki ildə praktiki olaraq gündəmdə deyil:

"Tarif artımı nəticəsində gəlirlərimizin artması "Azəriqaz" qarşısında öhdəliklərimizi tam yerinə yetirməyə imkan yaradacaq. Xərclərimizin təxminən 60%-i qazla bağlıdır. Artıq "Azəriqaz"la müzakirələr aparılıb, razılaşma protokolu imzalanıb və öhdəliklər götürülüb. İnanırıq ki, 2025-ci ildə ilk dəfə olaraq "Azəristiliktəchizat" istehlak etdiyi təbii qazın dəyərini tam, yəni 100% həcmdə ödəyə biləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...