Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir

Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilirRamiz Mehdiyevin Mərkəzi Seçki Komissiyasındakı adamlarının bu qurumdan çıxarılması və onların daha etibarlı şəxslərlə əvəzlənməsi gündəmdədir…

AzFakt.com-a daxil olan məlumata görə, yaxın aylarda Mərkəzi Seçki Komissiyasında dəyişiklik istisna olunmur. Buna səbəb isə Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanatlə və hakimiyyəti ələ keçirmək cəhdi ilə ittiham olunmasıdır.

24 il müddətində Azərbaycanda kadr siyasətində xüsusi rolu olan Ramiz Mehdiyevin bütün dövlət qurumlarında olduğu kimi, Mərkəzi Seçki Komissiyasında da sadiq adamları var. Bu MSK üzvlərinin isə strateji əhəmiyyətli qurumdan uzaqlaşdırılması çox da uzadılmaya bilər.

Əldə etdiyimiz məlumata görə, Mehdiyevin MSK-dakı adamları Nizami Nadirxanlı, Şaitdin Əliyev və Fuad Cavadovdur və yəqin ki, bu üzvlərin yaxın aylarda MSK-dan uzaqlaşdırılmasının şahidi olacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...