Yasamalda silahlı insident - 2 nəfər yaralandı

Yasamalda silahlı insident - Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

“Gundeminfo “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.

***

“Qafqazinfo” xəbər verir ki, hər iki şəxs ayaq nahiyələrindən güllələniblər. Həyatları üçün təhlükə yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
21 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...