Zelenski onların vətəndaşlığını ləğv etdi

Zelenski onların vətəndaşlığını ləğv etdiUkrayna Prezidenti Volodimir Zelenski Odessa meri Gennadi Truxanovun vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

O bu barədə öz teleqram kanalında məlumat verib.

“Müəyyən şəxslərin Rusiya vətəndaşlığı təsdiqlənib və onlarla bağlı müvafiq qərarlar hazırlanıb. Mən fərmanı imzalamışam, - Zelenski yazıb.

“Strana.ua” nəşrinin məlumatına görə, Zelenski Truxanovdan başqa Ali Radanın keçmiş deputatı Oleq Tsarev və balet artisti Sergey Poluninin də vətəndaşlığını ləğv edib.

Qeyd edək ki, G. Truxanov daha əvvəl Ukrayna vətəndaşlığının ləğvi ilə bağlı apellyasiya şikayəti verəcəyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...