Əli Qurbanov işdən çıxarıldı

Əli Qurbanov işdən çıxarıldı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

"Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

Əli Qurbanov daha əvvəl "Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə "Azneft”ə baş direktor təyin edilmişdi.

Yeni qərarla o, "SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla "Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.

Modern.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...