"Ramiz Mehdiyevi özünə “ağsaqqal” seçən deputatların taleyi necə olacaq?"

"Ramiz Mehdiyevi özünə “ağsaqqal” seçən deputatların taleyi necə olacaq?"“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!”
Yeniavaz.com xəbər verir ki, bunu YAP Nəzarət-Təftiş Komissiyasının üzvü, Naftalan şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayev “Facebook” hesabında həbs xəbəri yayılan Ramiz Mehdiyev barəsində yazıb.
Musa Musayevin paylaşımını olduğu kimi təqdim edirik:
“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən.
Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir. Ramiz Mehdiyev “Azərbaycan dövlətinin bel sütunudur” deyən, Ramiz Mehdiyevi özünə “ağsaqqal” seçən deputatların taleyi necə olacaq??”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...