10 minədək taksinin icazəsi ləğv ediləcək? - VİDEO

“Gundeminfo” xəbər verir ki, hazırda Bakıda icazəli fəaliyyət göstərən taksi minik avtomobillərinin sayı 34 mindən çoxdur.
Belə olan halda sual yaranır: İndiyədək verilmiş icazələr ləğv ediləcəkmi?
AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur.
“Hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin olunacaq”, - T.Orucov əlavə edib.
Daha ətraflı AZTV-nin videomaterialında:
32 dəfə oxundu