5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı
Axar.az ASCO-ya istinadən xəbər verir ki, qərara əsasən, sözügedən gəmilər Avropa Birliyinin sanksiya siyahısından çıxarılıb.
Məsələnin müsbət həlli Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-nın koordinasiyalı şəkildə həyata keçirdiyi diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
Sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilib, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.
ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.
8 dəfə oxundu












