Dövlət idarələrində "kreslo" dövrü bitir — Səbəb nədir?

  Dövlət idarələrində "kreslo" dövrü bitir — Son rəsmi məlumata görə, Azərbaycanda əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub. Onların 870 min 600 nəfəri dövlət, 913 min 400 nəfəri isə özəl sektorda işləyir. İlin əvvəlində isə bu rəqəm 1 milyon 808 min 500 nəfər idi. Görünən odur ki, ilin ilk iki ayı ərzində işçilərin sayında 24 min nəfər azalma qeydə alınıb.

Bu barədə millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.

Vüqar Bayramov qeyd edib ki, işçilərin sayındakı bu azalma birbaşa struktur islahatları ilə əlaqəlidir.

“Çünki bu islahatlar bir sıra sahələrdə dövlət sektorunda çalışanların sayının mobilləşməsinə və optimallaşdırılmasına gətirib çıxarır. Təbii olaraq, struktur islahatları davam etdikcə dövlət sektorunda işçi sayının optimallaşması müşahidə olunacaq. Əslində əsas hədəf də ondan ibarətdir ki, məşğulluq daha çox özəl sektor hesabına formalaşsın. Statistik göstəricilər də bunu təsdiqləyir. Özəl sektorun ümumi məşğulluqda payının artdığı açıq şəkildə görünür. İnkişaf etmiş ölkələrdə olduğu kimi, özəl sektorun məşğulluqda payının artması bütövlükdə əmək bazarının dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, dövlət sektorunda aparılan struktur islahatları fonunda özəl sektorda çalışan vətəndaşların sayının artması, xüsusilə də əmək müqaviləsi ilə işləyənlərin çoxalması vacib məqamlardan biridir”.

Yəni, dövlət qurumlarında aparılan yenidənqurma işləri nəticəsində işçi sayı azalır, lakin əsas məqsəd insanların daha çox özəl şirkətlərdə işləməsini təmin etmək və iqtisadiyyatı bu yolla gücləndirməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...