Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir?
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın bir neçə gün öncə Hindistanla sözügedən müqaviləni ratifikasiya etməsi haqda qeyd edib.
“Müqaviləyə əsasən, bir-birinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar. Müqavilənin Yaxın Şərqdə gərginliyin davam etdiyi vaxtda qüvvəyə minməsi sənədin strateji əhəmiyyətini artırıb.
Buna baxmayaraq, mövcud müqavilə Hindistanın Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Moskvaya dəstəyi anlamına gəlmir. Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı olaraq qalır. Rusiya bu ölkənin əsas təchizatçısı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təmin edir”.
6 dəfə oxundu














