Serjik Azərbaycana qayıdır?

Serjik Azərbaycana qayıdır?Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan Azərbaycana qayıda bilər.

Modern.az xəbər verir ki, o bu barədə yerli KİV-in sualını cavablandırarkən emosional açıqlama verib. Jurnalistin "Siz seçkilərdə iştirak etmirsiniz, amma adınız hələ də çoxlarını narahat edir", - deyə sualına cavab olaraq Sarkisyan sərt reaksiya verib.

"Mən nə etməliyəm? Hara getməliyəm, Qarabağa?", - o bildirib.

Növbəti cinayət işi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qarşısına gələn Sarkisyan sonda "təəssüf ki, mənim üçün gedəcək başqa yer yoxdur",- deyə qeyd edib.

Xatırladaq ki, Serjik Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, 1980-c iillərin sonlarında Qarabağda Azərbaycana qarşı baş qaldıran separatçı hərəkatın öndərlərindən biri olub. Serj Sarkisyan 2008-2018-ci illərdə 2 müddət Ermənistan prezidenti səlahiyyətlərini icra edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...