Lavrov: Ermənistan seçimini etdi

Lavrov: Ermənistan seçimini etdi“Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında seçim sınağı ilə üzləşib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi qonşu Ermənistan da Aİ tipli “ya bu, ya da o” testindən keçir. Prezident Vladimir Putin mayın 9-da keçirilən mətbuat konfransında bu mövzu haqqında ətraflı danışıb. Ermənistan özü qərar verməlidir, öz seçimini etməlidir: AİB-də qalmaq, yoxsa Aİ-yə qoşulmaq istəyir? Erməni xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim edilməlidir”, - o bildirib.

Lavrovun sözlərinə görə, İrəvan artıq Aİ-yə üzvlüklə bağlı qanun qəbul edib:

“Əgər belə bir qanun varsa, deməli, artıq məsələyə dair qəti mövqeyə maliksiniz. Amma bu halda gəlin, dediyimiz sözlərə görə məsuliyyət daşıyaq və bunu xalqa bəyan edək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
17 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...