Erkin Qədirli: ““Uşaqpulu”nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin, insan özü işləməlidir...”

Erkin Qədirli: ““Uşaqpulu”nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin, insan özü işləməlidir...”""Uşaqpulu"nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Erkin Qədirli “TV Müsavat”ın efirində deyib.
E.Qədirli bildirib ki, solyönümlü siyasətçi deyil: “İdeoloji baxımdan dövlət hesabına sosial xərclərin artırılmasının tərəfdarı deyiləm. Ən yüksək “uşaqpulu”nu Skandinaviya ölkələri verir, baxın onların demoqrafiyasına, azala-azala gedirlər, yaşlıların sayı artır, doğuş isə azalır. Yəni, əlaqə yoxdur ki, “uşaqpulu” artsa, doğuş da artacaq... Boşanmaların artmasının “uşaqpulu”na nə aidiyyatı var?! Əsas mənzil məsələsədir, gənc ailələr ev ala bilmirlər, kredit faizləri yüksəkdir. Gənclər ona görə də gec ailə qururlar, belə olan halda da reproduktiv funksiyalar zəifləyir, biruşaqlı ailələr çoxalır. Bir daha qeyd edirəm, sosial siyasəti siyasəti yürüdən sol partiyalardır, hakimiyyətə gələcəklərsə, siyasəti həyata keçirəcəklər. Sağçı partiya gələrsə, deyəcək ki, yox, yanlış siyasətdir, sosial xərcləri kəsirik... Dövlət üçün işləmək, pul istəmək cansıxıcı bir şeydir, zəmanəti yoxdur, insan özü qazanmalıdır, ailəsini saxlamalıdır. Almaniya, İsveç sosial dövlətlərdir, Azərbaycan isə sosial dövlət deyil axı... Amma bir məsələ var, dövlət insanların sərbəst qazanmaq imkanlarını kəsib, özəl iqtisadiyyat inkişaf etmir, ya da dövlətin nəzarəti altındadır. Onda, əlbəttə, vətəndaş mənəvi baxımdan haqlı olaraq, deyəcək ki, qazanmaq imkanı vermirsiniz, o zaman pul verin...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...