ASAN Xidmətdə maliyyə böhranı
GUNDEMİNFO xəbər verir ki, gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, ASAN Xidmət mərkəzlərində çalışan digər dövlət qurumlarının əməkdaşlarına verilən əlavə ödənişlərin – “rüsum pulu”nun verilməsi prosesi dayandırılıb.
Buna səbəb kimi isə Maliyyə Nazirliyinin nəzərdə tutulan həmin vəsaitləri bloklaması olub.
Əldə etdiyimiz məlumata görə, yaranmış vəziyyətlə bağlı ASAN Xidmət rəhbərliyi ilə Maliyyə Nazirliyi arasında müzakirələr getsə də, ortada real nəticə yoxdur.
ASAN Xidmət rəhbərliyi hesab edir ki, bu vəsait qurumda çalışanlara ödənilməlidir.
Çünki, ölkə prtezidentinin fərmanına əsasən 2026-cı ilin mart ayında qəbul olunmuş qərarlarla ASAN mərkəzlərində fəaliyyət göstərən həm ASAN əməkdaşlarının, həm də digər dövlət orqanlarının nümayəndələrinin mükafatlandırılması üçün dövlət büdcəsindən illik 26,6 milyon manat vəsait ayrılıb.
Ancaq Maliyyə Nazirliyi buna maneçilik törədir.
Məsələ ilə bağlı hər iki qurumun mövqeyini işıqlandırmağa hazırıq.
Mövzuya qayıdacağıq.
17 dəfə oxundu











