ABŞ İranla müharibənin son mərhələsinə qədəm qoyduğunu elan etdi
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent avqustun 23-də “X” sosial şəbəkə səhifəsində bildirib.
“Biz İrana qarşı müharibənin son mərhələsinə qədəm qoyuruq. Sabahdan “D” günü başlayacaq və bu, düşmənə qarşı indiyə qədər başlanan ən böyük maliyyə hücumu olacaq”, - Bessent əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başladığını elan etmişdi. O bunu iqtisadi “D” günü adlandırmışdı.
ABŞ Prezidenti Vaşinqtonun Tehranın maksimum dərəcədə təcrid olunmasına çalışacağını bildirmişdi.
Amerika lideri həmçinin xəbərdarlıq etmişdi ki, maliyyə qurumları, biznesləri, hava limanları və ya dövlət qurumları Tehranı dəstəkləyən ölkələr ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.
Bu tədbirlər bankları, şirkətləri, neft vasitəçilərini, həmçinin, İranla əməliyyatların digər iştirakçılarını hədəfə ala bilər.
199 dəfə oxundu












