“Gəlib, sənin bığlarını kəsərəm!”- Baş Qərargah rəisi Köçəryanı hədələdi…

“ARMINSIDER” telegram-kanalının yaydığı məlumata görə, “Vətəndaş müqaviləsi” partiyasının bir toplantısı zamanı ordu ilə necə danışıqlar aparılması müzakirə edilərkən Andranik Köçəryan əvvəllər müdafiə nazirinin müavini vəzifəsini tutduğu üçün hərbçilərlə danışıqlar apara biləcəyini söyləyib. Nəticədə A.Köçəryan Baş Qərargah rəisi Onik Qasparyana zəng edib və onunla sərt danışmaq istəyəndə Baş Qərargah rəhbərinin reaksiyası çox sərt olub.
“Qulaq as, Ando, indi mən gəlib sənin bığlarını kəsərəm, çiyələk ləzzətli Ando olarsan”- deyə Onik Qasparyan A.Köçəryanı yerində oturdub.//Moderator.az
1158 dəfə oxundu