Tanınmış jurnalist həbs edildi
"Bakupost" xəbər verir ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, həbs olunanlardan biri “Səs” qəzetinin əməkdaşı, jurnalist Elçin Bayramlıdır.
Məsələ ilə bağlı Elçin Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxlanılıb. O, mövzu ilə bağlı danışmaq istəmədiyini bildirdi.
Onu da qeyd edək ki, Elçin Bayramlı son dövrlərdə sosioloq kimi müxtəlif ictimai-siyasi mövzularla bağlı açıqlamaları ilə gündəmdə olub. O, bir sıra çıxışlarında və müsahibələrində SSRİ dövrünün müsbət xüsusiyyətlərinə dair təşviqedici fikirlər səsləndirib.
10 dəfə oxundu










