Eşşək əti qalmaqalı: Nazirlik daha 34 məhsulu ifşa etdi

Eşşək əti qalmaqalı:  Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida məhsullarında saxtakarlıq və tərkib pozuntularına yol verən şirkətlərin siyahısını yeniləyib.

Musavat.com xəbər verir ki, son yoxlamaların nəticələrinə əsasən, ictimaiyyətə daha 34 məhsul barədə məlumat açıqlanıb.

Nazirliyin yaydığı məlumata görə, "Sağlamlıq üçün təhlükəli qidalar" və "Saxtalaşdırılmış və ya tərkibi dəyişdirilmiş qidalar" kateqoriyalarına daxil edilən məhsullar arasında ciddi qanun pozuntuları aşkarlanıb.

Yoxlamalar zamanı sağlamlıq üçün risk yaradan 12 məhsuldan 9-da at və eşşək ətinin istifadə edildiyi müəyyən olunub. Bu məhsulları istehsal edən müəssisələrin 5-i Mersində, 4-ü isə Adanada fəaliyyət göstərir.

Eşşək əti qalmaqalı:

Nazirlik yalnız ət məhsullarında deyil, süd və emal olunmuş qidalarda da saxtakarlıq halları aşkar edib.

Belə ki, "qatıq" adı ilə satışa çıxarılan məhsullardan birində qatılaşdırıcı maddə kimi jelatindən istifadə olunduğu müəyyən edilib.

Bundan başqa, Adananın Yüreğir rayonunda "istiliklə emal edilmiş mal əti kolbasası" adı ilə satılan məhsulun tərkibində mexaniki şəkildə ayrılmış quş əti aşkarlanıb.

Eyni zamanda, Ankaranın Yenimahalle rayonunda fəaliyyət göstərən bir müəssisənin istehsal etdiyi toyuq küftəsində də mexaniki şəkildə ayrılmış quş ətindən istifadə edildiyi müəyyən olunub.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyinin təmin olunması məqsədilə yoxlamaların davam etdiriləcəyini və qanun pozuntularına yol verən müəssisələrin ictimaiyyətə açıqlanacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...