Paşinyan: “İstefaya gedirik”

Paşinyan: “İstefaya gedirik”Bu, hökumətimizin sonuncu müntəzəm iclasıdır.

"Bakupost" xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bazar günü Milli Məclisin 9-cu çağırışının təşkili münasibətilə istefa verəcəyik, bundan sonra Ermənistan Respublikasının Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi Baş nazir təyin edəcək”, - hökumət başçısı bildirib.

O əlavə edib ki, bundan sonra təyin ediləcək yeni Baş nazir yeni hökuməti formalaşdıracaq.

Xatırladaq ki, Nikol Paşinyanın sədri olduğu hakim “Vətəndaş Müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində qalib gələrək, təkbaşına hökumət qurmaq hüququ qazanıb. Partiyanın baş nazirliyə namizədi Nikol Paşinyandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...