Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurdu

Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurduUkrayna Müdafiə Qüvvələri iyulun 29-na keçən gecə müvəqqəti işğal olunmuş Krımda, Mejvodnoye yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasının sürət katerlərinin yerləşdiyi bazanı vurublar.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, obyektdən patrul xidməti, sahil mühafizəsi, logistika təminatı və Rusiya qoşunlarının maraqları naminə digər tapşırıqların yerinə yetirilməsinə cəlb olunan sürət katerlərinin texniki xidməti və təminatı üçün istifadə edilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...