Deputat “çılğın dondurmaçı”dan danışdı
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Bakıda fəaliyyət göstərən həmin sahibkarın etdiklərinə biznes və marketinq prizmasından baxsaq, deyə bilərik ki, həmin şəxs illərdir Türkiyədə tətbiq etdiyi satış və şou konseptini burada da davam etdirir.
Çılğın dondurmaçı xəbərləri - Globalinfo.az - Azərbaycan və Dünya xəbərləri.
E.Akimova qeyd edib ki, onun məqsədi də məhsulunu daha çox satmaq və diqqət çəkməkdir: “Bu baxımdan o, öz biznes strategiyasını həyata keçirir və görünür ki, bununla da müəyyən nəticə əldə edib. Amma burada əsas məsələ təkcə dondurmaçının davranışı deyil. Heç kim insanları məcbur etmir ki, onun şousuna qoşulsun, rəqs etsin və ya uşaqlarını həmin prosesin iştirakçısına çevirsin. Bu, hər bir insanın öz seçimidir. Ona görə də bütün məsuliyyəti yalnız bir sahibkarın üzərinə qoymaq doğru olmaz. Cəmiyyət hesab edirsə ki, belə davranışlar bizim milli-mənəvi dəyərlərimizə və ya ailə tərbiyəsi prinsiplərinə uyğun deyil, bunun ən sivil yolu etirazı istehlakçı davranışı ilə göstərməkdir. İnsanlar həmin məkana getməyib məhsul almaya da bilər. Bazarda ən güclü mesaj məhz istehlakçının seçimidir”.
Deputatın sözlərinə görə, uşaqların hansı mühitdə böyüməsi, hansı davranışları nümunə götürməsi ilk növbədə valideynlərin məsuliyyətidir: “Bu məsuliyyəti kənar şəxslərin üzərinə yükləmək düzgün yanaşma deyil. Cəmiyyət olaraq bəzən problemi kənarda axtarırıq, halbuki ilk növbədə öz davranışımıza və seçimlərimizə baxmalıyıq.
Azad sahibkarlıqla cəmiyyətin dəyərləri arasındakı balans da məhz bu şəkildə formalaşır”.
12 dəfə oxundu











