Prezident onların vəzifəsini dəyişdi
“GUNDEMİNFO” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər bir Sərəncamla, Rövşən Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
***
Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
O, digər bir Sərəncamla, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
O, digər bir Sərəncamla, Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
10 dəfə oxundu










