1360 nəqliyyat vasitəsi karantin postlarından geri qaytarılıb

Daxili İşlər Nazirliyindən Gundeminfo.az-a daxil olan məlumata əsasən 2020-ci ilin dekabrın 22-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1360 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.
631 dəfə oxundu