Kremlin “Bayraktar” QORXUSU: - “Türkiyənin Ukraynaya verdiyi modellər xeyli təkmilləşdirilib”

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi təmayüllü “Defense Express” nəşrinin materialında qeyd olunub.
İnformasiya-konstaltinq Agentliyinin araşdırmasına əsasən, Türkiyənin Ukraynaya satdığı bu PUA-lardan Qarabağ müharibəsində də geniş istifadə olunub.
“Defense Express”in materialına görə, Ukraynanın Hərbi-Dəniz Qüvvələrinə (HDQ) bu ay verilmiş “Bayraktar TB2” PUA-larının ilk kompleksinə bir neçə dron, həmçinin Qara və Azov dənizlərinin akvatoriyasının fasiləsiz müşahidəsini təmin edən idarəetmə stansiyası daxildir:
“Bu, o deməkdir ki, PUA-lardan birinin uçuş müddəti sona yaxınlaşdıqda artıq digər aparat onun əvəzlənməsi üçün müvafiq zonaya daxil olur.
Digər tərəfdən, “Bayraktar TB2” PUA-larının idarəetmə stansiyaları tək mobil deyil, həm də stasionar, o cümlədən, gəmilərdə quraşdırıla biləcək variantlarda hazırlanıb. Yəni, Ukrayna HDQ gəmiləri özlərinin “kapitan kürsüsü”ndən “Bayraktar”ları idarə edə biləcəklər”.
Materialda o da qeyd olunur ki, Ukrayna HDQ-yə verilən “Bayraktar”lar daha da təkmil modellərdir və onları 300 kilometr məsafədən idarə etmək mümkündür. Əlavə olaraq, idarəetməni bir stansiyadan digərinə ötürmək də mümkündür”.
1261 dəfə oxundu