Rusiya qazının satış problemləri - bundan sonra nələr olacaq?
Rusiya, dünyanın ən böyük qaz ixracatçılarından biri kimi, enerji sektorunda əhəmiyyətli yer tutur. Lakin 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin tətbiq etdiyi sanksiyalar və enerji siyasətindəki dəyişikliklər Rusiyanın qaz satışında ciddi problemlərə səbəb olub.
Rusiya qazının satışında yaranan əsas problemlər ondan ibarətdir ki,
Avropaya ixracın məhdudlaşdırılmasıdır.
Rusiya uzun illər Avropaya qaz ixrac edən əsas təchizatçılardan biri olub. Lakin müharibədən sonra Avropa İttifaqı (Aİ) Rusiyadan qaz asılılığını azaltmaq üçün alternativ mənbələrə yönəlib.
Xüsusilə, "Şimal Axını-1" və "Şimal Axını-2" boru kəmərlərinin sıradan çıxması və Qərbin sanksiyaları bu prosesi daha da sürətləndirib.
Ciddi problemlərdən biri də odur ki, sanksiyalardan sonra ödəniş problemləri ortaya çıxıb.
Dollar və avro ilə aparılan əməliyyatların məhdudlaşdırılması, qaz ticarətində rublla ödəniş tələbi kimi məsələlər Moskvanın əsas müştərilərini itirməsinə səbəb oldu.
Avropa bazarını itirən Rusiya, Çin, Hindistan və Türkiyə kimi ölkələrlə qaz ticarətini genişləndirməyə çalışır. Lakin bu ölkələr daha aşağı qiymətlı qaz alır. Bu ölkələrlə təchizat zənciri qurmaq üçün yeni infrastruktur layihələri tələb olunur.
Məsələn, "Sibirin Gücü" kəməri Çinə qaz nəql etsə də, bu, Avropaya ixracın tam əvəzləyicisi deyil.
İndi Rusiya Asiya bazarlarına yönəlmək, Rusiya, Çin və Hindistan kimi böyük enerji istehlakçılarının tələbatını artırmaq üçün yeni qaz müqavilələri imzalamağa çalışır. Lakin uzunmüddətli müqavilələr və infrastruktur xərcləri bu prosesi çətinləşdirir.
İndi vəziyyətdən çıxmaq istəyən ruslar mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını artırmaq istəyir. "Yamal LNG" və "Arktik LNG-2" kimi layihələr bu strategiyanın əsas hissəsidir. Lakin Qərbin texnologiya sanksiyaları bu prosesə mane olur.
Hazırda Moskva, Türkiyə və Orta Asiya ölkələri ilə qaz tranziti və satışı üzrə yeni mexanizmlər qurmağa çalışır. Türkiyədə qaz xabının yaradılması ideyası gündəmdədir, lakin bu layihənin reallaşması zaman tələb edir.
Nəhayət Rusiya qaz satışında ciddi çətinliklərlə üzləşsə də, yeni bazarlara yönəlməklə itkilərini qismən kompensasiya etməyə çalışır. Lakin Avropa bazarını tam əvəzləmək çətindir və Moskva uzunmüddətli perspektivdə enerji siyasətində əsaslı dəyişikliklər etməyə məcbur qalacaq. Gələcəkdə qaz ixracı ilə bağlı Rusiya-Asiya əməkdaşlığının daha da dərinləşməsi gözlənilir.
Bu isə uzun zaman alacaq və baha başa gələn bir strategiyadır. Ukrayna ilə savaşda milyardlarla dollar dəyərində itkisi olan Rusiya üçün zaman daralır. Zamanında Moskva Ukrayna ilə savaşa girəcəyini hesablayaraq Asiya və Türkiyə ilə enerji tədürükü xabını qura bilərdi. Lakin bunu etmədilər. Müharibə şəraitində milyardlarla dollar itirən və hər gün də itirməkdə olan ruslar belə bir strategiya həyata keçirməklə xilas ola bilməyəcəklər.
Görünən odur ki, hətta fevral ayında belə Ukrayna ilə Rusiya arasında sülh imzalansa belə, illər uzunu Moskva itirməkdə davam edəcək. Sanksiyaların isə yumşalacağı az ehtimal edilən məqamlardan biridir.
R.Abasbəyli
48 dəfə oxundu