Bazar ertəsi      28 aprel 2025     21:52:25  

İntiqam Babayev vəzifəsindən azad edildi

İntiqam Babayev vəzifəsindən azad edildi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri işdən çıxarılıb.

Gundeminfo.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə gətirilib. Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ.Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.

Xatıradaq ki, bu ilin fevral ayında Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...