Türkiyədə bələdiyyə sədri güllələndi

Türkiyədə bələdiyyə sədri güllələndiTürkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karaca silahlı hücum zamanı yaralanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Akarca məhəlləsində, Karacanın yaşadığı ərazi yaxınlığında qeydə alınıb.

Məlumata görə, maskalı şəxslər tərəfindən həyata keçirilən hücum zamanı bələdiyyə sədrinə atəş açılıb. İlkin iddialarda Karacaya bir neçə güllənin dəydiyi bildirilib.

Yaralanan Alim Karacaya hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra isə müalicə üçün Lokman Hekim Esnaf Xəstəxanasına aparılıb.

Bildirilib ki, Alim Karacanın həyati təhlükəsi yoxdur və vəziyyəti stabildir.

Hücumu törədən şəxslərin qısa zamanda saxlanılması üçün polis əməkdaşları genişmiqyaslı əməliyyat aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...