Bərbər özünü “polkovnik” kimi tanıdıb 600 min ələ keçirmişdi - Bu cəza verildi

Bərbər özünü “polkovnik” kimi tanıdıb 600 min ələ keçirmişdi -
Bakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib. O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib. Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü “polkovnik” rütbəli şəxs kimi təqdim etməklə külli miqdarda pul alıb. O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edibmiş.

Təqsirləndirilən şəxsin 13 nəfərdən aldığı pulları (müvafiq olaraq 19 000, 1400, 25 000, 21 000, 41 846, 8574, 37 000, 36 145, 23 750, 132 000, 180 000, 50 000, 52 120 manat) biznesə yatıracağı və qarşılığında əlavə qazanc verəcəyini vəd etdiyi qeyd olunub.

Bundan başqa, araşdırmalar zamanı Samirin adına 2 yerdə torpaq sahəsi olduğu müəyyənləşib. Lakin həmin torpaq sahələri icarə müqaviləsi ilə alındığından məhkəmə tərəfindən müsadirə edilməsi mümkün olmayıb. Eyni zamanda, onun adına heç bir mülk, əmlak üzə çıxmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
63 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...