General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi - FOTO

General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi -

Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadənin yaratdığı məşhur orkestr dağılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyət göstərmiş, Cavad Tağı-zadənin bədii rəhbəri və baş dirijoru olduğu "Baku Sinfonietta" orkestri ləğv edilib.

Qeyd edək ki, "Baku Sinfonietta" orkestri dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib.

Cavad Tağı-zadə həmçinin Bakı Musiqi Akademiyasındakı işindən də istefa verib.

Qeyd edək ki, Tağı-zadə Cavad Faiq oğlu - Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. "Oazis" simli kvartetinin və "Ad libitum" müasir antrepriz ansamblının yaradıcısıdır.

General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...