ABŞ səfiri: “Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir”

ABŞ səfiri: “Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir”

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil olunub.

APA-nın xəbərinə görə, tədbiri açıq elan edən AmCham Azərbaycanın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova R. Sekutaya Azərbaycanda xüsusi xidmətlərinə görə minnətdarlıqlarını ifadə ediblər, 2015-ci ildə Bakıya gələn səfirin Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıblar.

R. Sekuta isə Azərbaycanın regionda strateji mövqe tutduğunu deyib. O, Azərbaycanın neft-qaz ölkəsi olduğunu və bu istiqamətdə strategiyasını davam etdirdiyini bildirib: "Bu strategiya ilə yanaşı Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, o cümlədən Ələt limanı Şərq-Qərb, həmçinin Şimal-Cənub dəhlizi boyu ticarət əlaqələrinin möhkəmlənməsinə təsir edəcək strateji layihələrdir. Bu layihələr də Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir".

O bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyinin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Şərqdə yaranan ilk müsəlman demokratik respublikası olduğunu deyib.

Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu problemin sülh yolu ilə həllinə köməyə çağırıb.

ABŞ səfiri: “Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...