Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirib - FOTOLAR

Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirib -

Azərbaycan Ağsaqqallar Şurası 11 aprel prezident seçkiləri ilə bağlı yığıncaq keçirib.

APA-nın məlumatına görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanda seçkilərin nümunəvi keçirildiyini, demokratiyanın, insan haqlarının qorunduğunu deyib: "Əminəm ki, seçkilər uğurla keçiriləcək. Bu gün ağsaqqalların yığışmasının məqsədi ölkədə sabitlik, insanların dinc, xoşbəxt həyat sürməsi və Heydər Əliyev yolunun davam etdirilməsinin zəruriliyini gənclərə, əhaliyə ağsaqqal sözü ilə çatdırmaqdan ibarətdir. Ölkə inkişaf edirsə, bu, gənclər üçündür. Ölkənin gələcəyi gənclərin gələcəyidir".

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, millətlərarası münasibətlərdə nümunəvi ölkə kimi tanındığını vurğulayan F. Heydərov bildirib ki, Azərbaycan bugünkü inkişaf və tərəqqi səviyyəsinə görə dünya dövlətlərinin hamısından fərqlənir.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov 11 apreldə keçiriləcək seçkilərin demokratik şərtlərə cavab verdiyini söyləyib. O, Heydər Əliyevin təməlini qoyduğu siyasi yolun uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının digər üzvləri də hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar.


Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...