“Şəhidlər Xiyabanında Soyqırımı muzeyi yaradılsın” - TƏKLİF
“200 ilə yaxın müddətdə ermənilərin soyqrımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur. Bu soyqrımıları qəddarlığa görə klassik soyqrımılarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir, meyitlərin üzərində işgəncələr həyata keçirirdi. Bu tarixdə erməni soyqırımı əlamətlərdirir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat Rafael Cəbrayılov deyib. Deputat bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqrımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır.
“Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqrımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür. 200 ilə yaxın bir müddətdə soyqrımına məruz qalsaq da, Qubada olan memorial komlkesi istisna olmaqla nə digər abidə, nə də soyqrımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqrımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918 öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib”.
Deputat Rafael Hüseynov isə həmkarının təklifinə cavab olaraq deyib ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması ilstiqamətində işlər aparılır.
“Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq”.
1325 dəfə oxundu