Müəllimlər də “Alimlər şəhərciyi”ndən mənzil ala biləcək

Müəllimlər də “Alimlər şəhərciyi”ndən mənzil ala biləcək

“Alimlər şəhərciyi” yaşayış kompleksindən mənzil ala biləcək şəxslərin siyahısı artırılıb.

AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin populyarlaşdırılması İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org saytına bildiriblər ki, təhsil işçiləri də kompleksdən mənzil ala biləcəklər.

Qeyd edək ki, şəhərcik Abşeron rayonu Saray qəsəbəsində inşa edilir. AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil ala biləcəklər. Şəhərcik “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə uyğun 1, 2 və 3 otaqlı mənzillərdən ibarət olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...