Beynəlxalq axtarışda olan maşın Azərbaycanda saxlanıldı

Beynəlxalq axtarışda olan maşın Azərbaycanda saxlanıldı

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən “Lexus RX200T” markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, yoxlama zamanı 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...