Növbəti dərs ilinin başlanma və qurtarma tarixi, tətil günləri haqda ƏMR VERİLDİ

Növbəti dərs ilinin başlanma və qurtarma tarixi, tətil günləri haqda

Təhsil naziri Ceyhun Bayramov “Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əçr imzalayıb.

Modern.az-ın məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar);
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...