"Xəzər" klinikası Azərbaycan səhiyyəsinə olan inamı artırır... - Bir oxucu müraciəti...

"Xəzər" klinikası Azərbaycan səhiyyəsinə olan inamı artırır... -

Redaksiyamıza müraciət edən Səbail rayon sakini S.Zamanova Bakının Nizami rayonunda yerləşən "Xəzər" klinikasının həkimlərinə təşəkkür etmək istədiyini bildirir.

Vətəndaş dia.az-a yazır: "Məndə anadangəlmə burun çəpərinin əyriliyi var idi. İllər ərzində bu problem səbəbindən həm nəfəs almağım çətinləşmişdi, həm də yeni xəstəliklər yaranmışdı. Allergiya və astma xəstəlikləri isə artıq bir ömür məni təqib edəcək. Bu müddət ərzində dəfələrlə həkimlərə müraciət etəm də, əməliyyat etməyə ehtiyatlanırdım.

Amma sonradan "Xəsər" klinikası barədə eşitdim və orada eyni problemlərdən müalicə alıb, sağalanların inandırmasından sonra həmin klinikaya getdim.

Kim deyir ki, Azərbaycanda həkimlər yoxdur?

Sağ olsunlar. "Xəzər" klinikasının baş həkimi İlqar müəllim başda olmaqla məni əməliyyat edən Tural həıkim bu gün Azərbaycan səhiyyəsinə inamı artıran, inamı qaytaran tibb işçiləridir - desəm, yanılmaram.

Məhz onların sayəsində mən bu gün ilk dəfədir ki, hiss edirəm ki, nəfəs alıram, yaşayıram... Bu illər ərzində tapdığım xəstəliklər, oksigen çatışmamazlığı belə məhz adlarını çəkdiyim tibb işçilərinin sayəsində aradan qalxıb.

Dia.az vasitəsilə həmin həkimlərə təşəkkür edirəm və hər bir vətəndaşımızı öz sağlamlıqlarını məhz Azərbaycan səhiyyəsinə etibar etməyə çağırıram".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...