Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi

Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi

Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib

Bu barədə sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə qərar verilib.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.(oxu.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...