Naxçıvan Ümumqoşun Ordusuna “Həyəcan!” komandası verildi - VİDEO

Naxçıvan Ümumqoşun Ordusuna “Həyəcan!” komandası verildi -

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

Müdafiə Nazirliyindən BakuPost-a verilən xəbərə görə, idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...