Hava şəraiti ilə əlaqədar Azərbaycanda dərslər iki günlük dayandırılıb

Hava şəraiti ilə əlaqədar Azərbaycanda dərslər iki günlük dayandırılıb

"Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və bütün tədbirlər iki günlük dayandırılıb. Yəni yanvarın 17-18-də Azərbaycanda dərs olmayacaq".

“Report”un xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir: "İstənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium dayandırılıb".

O qeyd edib ki, istər dövlət, istər özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...